Ukrayna Prezidenti Volodimir Zelenski Moldova lideri Maya Sandu ilə görüşüb.
“Son-Xeberler” xəbər verir ki, Zelenski bu barədə teleqram kanalında məlumat verib.
“Biz təhlükəsizlik məsələlərini, Moldova ərazisi üzrə ixracımızın genişləndirilməsini və sərhədyanı əməkdaşlığı, ölkələrimizin üzləşdiyi enerji problemlərini, o cümlədən, əlbəttə ki, Avropaya inteqrasiyanı müzakirə etdik”, – deyə Zelenski yazıb.
O, həmçinin Sanduya verdiyi dəstəyə görə təşəkkür edib.