Yayımlandı: 6 İyul 2023 18:16
Onunla 6 illik müqavilə imzalanıb
Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Arda Gülər İspaniya “Real”ına (Madrid) transfer olunub.
Bu barədə Madrid klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
İspaniya mətbuatının iddiasına görə, madridlilər Arda Gülər üçün qarşı tərəfə 20 milyon avro təzminat ödəyəcək. Həmçinin, əlavə 10 milyon avro bonuslar şəklində “Fənərbaxça”nın hesabına köçürüləcək. Bundan başqa, İstanbul klubu futbolçunun növbəti satışından 20 faiz pay alacaq.
Türkiyəli yarımmüdafiəçi bu gün xüsusi təyyarə ilə İspaniyaya yola düşüb. Onunla 6 illik müqavilə imzalanıb.
“Kral klubu” iyulun 7-də 18 yaşlı yarımmüdafiəçinin təqdimat mərasiminin və mətbuat konfransının keçiriləcəyini bildirib.
Arda Gülər Türkiyə milli komandasının da üzvüdür.