Son Xeberler: Azərbaycandan Ən Son Xəbərlər
  • Son Xəbərlər
  • Siyasət
  • Gündəm
  • Dünya
  • Media
  • Cəmiyyət
  • Texnologiya
  • Sosial
  • İqtisadiyyat
  • Sağlıq
  • Avto
  • İdman
No Result
View All Result

Home Gündəm

Rəsmi Tehran Azərbaycan səfirliyinə hücumla bağlı yaxşı nəticələrin əldə edildiyini bildirir

03 İyul 2023 - 16:11
in Gündəm
Rəsmi Tehran Azərbaycan səfirliyinə hücumla bağlı yaxşı nəticələrin əldə edildiyini bildirir
Share on FacebookShare on Twitter

Rəsmi Tehran Azərbaycanın İrandakı səfirliyinə hücumun araşdırılması məsələsinə toxunub.

“Azərbaycan səfirliyinə hücumun araşdırılması məsələsi ölkənin siyasi, təhlükəsizlik və məhkəmə-hüquq sferalarında hakimiyyət orqanları tərəfindən ən yüksək səviyyədə diqqətlə izlənilib”.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani iyulun 3-də keçirilən brifinqdə bildirib.

O, əlavə edib ki, ölkəsinin ədliyyə qurumu bu məsələ ilə ciddi məşğul olub və yaxşı nəticələr əldə edib.

“Bildiyimə görə, sabah məhkəmə hakimiyyətinin nümayəndəsinin iclası olacaq və bu sualı ona vermək olar,” Kənani qeyd edib.

İkinci Qarabağ müharibəsindən sonra (sentyabr-noyabr, 2020-ci il) İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb və hazırda da davam edir. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycanı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlimlər keçirib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.

İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.

Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.

Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.

Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomantını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.

Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.

Rəsmi Bakı isə Tehranı bu hücumun araşdırılmasını və günahkarın cəzalandırılmasını tələb edir.

Amerikanın Səsi

You Might Also Like

İran informasiya və kəşfiyyat naziri: Azəbaycanla problemimiz ciddi deyil

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri regiona səfər edib

Azərbaycan Ukraynanın dirçəliş prosesinə yardım edə bilər

Saytların yığılması Saytların yığılması Saytların yığılması
Previous Post

Söyüdlü kəndi ətrafında polis postları qalır və monitorinqlər davam etdirilir

Next Post

Media mənsubları üçün güzəştli mənzilin ağır şərtləri

Related News

İran informasiya və kəşfiyyat naziri: Azəbaycanla problemimiz ciddi deyil

İran informasiya və kəşfiyyat naziri: Azəbaycanla problemimiz ciddi deyil

by admin
14 Sentyabr 2023 - 19:59
0

"Azəbaycanla problemimiz ciddi deyil". İranın dövlət İRNA xəbər agentliyinin məlumatına görə, bunu İran informasiya və kəşfiyyat naziri (ETTELAAT-MOİS) İsmail Xətib,...

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri regiona səfər edib

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri regiona səfər edib

by admin
14 Sentyabr 2023 - 19:41
0

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bono (Lou Bono) bu həftə regiona səfər edib. Bu barədə ABŞ-ın...

Azərbaycan Ukraynanın dirçəliş prosesinə yardım edə bilər

Azərbaycan Ukraynanın dirçəliş prosesinə yardım edə bilər

by admin
14 Sentyabr 2023 - 18:21
0

Siyasi tədqiqatçı Fuad Şahbazov Amerikanın Səsinə müsahibəsində Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın xarici siyasəti, o cümlədən Ukrayna üçün Azərbaycanın göstərdiyi yardımın...

Təhlilçi Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının görüşünə qatılmasını yeni geosiyasi reallıqla izah edir

Təhlilçi Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının görüşünə qatılmasını yeni geosiyasi reallıqla izah edir

by admin
14 Sentyabr 2023 - 17:20
0

Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının Düşənbədə keçirlən 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edir. Mərkəzi Asiya...

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Trending News

saytların yığılması, SEO, sayt, veb

Saytların Yığılması və 2D Dizayn Xidmətləri: Emblem.az

29 Sentyabr 2023 - 00:41
Daha bir ictimai fəal sosial şəbəkədə yazdığına görə cəzalandırılıb

Daha bir ictimai fəal sosial şəbəkədə yazdığına görə cəzalandırılıb

24 Sentyabr 2023 - 02:23
Bir günlük hərbi əməliyyatda itkilərin sayı 200 nəfəri keçdi

Bir günlük hərbi əməliyyatda itkilərin sayı 200 nəfəri keçdi

25 Sentyabr 2023 - 22:02
Saytların yığılması Saytların yığılması Saytların yığılması

© 2023 Son Xeberler – Veb Saytların Yığılması Emblem.az.

No Result
View All Result
  • Son Xəbərlər
  • Siyasət
  • Gündəm
  • Dünya
  • Media
  • Cəmiyyət
  • Texnologiya
  • Sosial
  • İqtisadiyyat
  • Sağlıq
  • Avto
  • İdman

© 2023 Son Xeberler – Veb Saytların Yığılması Emblem.az.