Son Xeberler: Azərbaycandan Ən Son Xəbərlər
  • Home
No Result
View All Result
Son Xeberler: Azərbaycandan Ən Son Xəbərlər
  • Home
No Result
View All Result
Son Xeberler: Azərbaycandan Ən Son Xəbərlər
No Result
View All Result
Home Siyasət

Nikol Paşinyan: “Ermənistan daha öz təhlükəsizliyi üçün Moskvaya arxalana bilməz”

admin by admin
13 Sentyabr 2023 - 22:00
in Siyasət
0
Paşinyan Bakını Yerevana qarşı ərazi iddialarında günahlandırır
319
SHARES
2.5k
VIEWS
Share on FacebookShare on Twitter

Yayımlandı: 13 Sentyabr 2023 22:00

Baş nazir hesab edir ki, ölkəsi başqalarından asılılığı azaltmağa çalışmalıdır

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin daha Rusiyaya arxalana bilməyəcəyini açıqlayıb.

Bu barədə Baş nazir “Politico” nəşrinə müsahibəsində söyləyib.

“Ermənistan daha öz təhlükəsizliyi üçün Moskvaya arxalana bilməz”, – Baş nazir deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynanı işğalı o deməkdir ki, Ermənistanın Azərbaycanla açıq münaqişəyə qayıtmaq qorxusu artsa da, daha öz təhlükəsizliyinin təminatçısı kimi Moskvaya arxalana bilməz.

Nikol Paşinyan hesab edir ki, Ukrayna savaşı Rusiyanın imkanlarını dəyişdi.

“Bundan sonra Moskva Azərbaycan və onun yaxın müttəfiqi Türkiyəni özündən uzaqlaşdırmaqdan qaçmaq istədiyini etiraf edib. Bizim strategiyamız isə bu vəziyyətdə başqalarından asılılığımızı maksimum dərəcədə azaltmağa çalışmaq olmalıdır”.

“Biz müstəqil ölkəyə, suveren ölkəyə sahib olmaq istəyirik, lakin Qərblə Şərq, Şimal və Cənub arasında toqquşmaların mərkəzində qalmamaq üçün yollarımız olmalıdır… Ermənistan “proksi” ola bilməz. Bu, yolverilməzdir”,- bunu da Baş nazir deyib.

O, Rusiya sülhməramlılarının Qarabağda üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi qənaətində olduğunu vurğulayıb. Amma “hərçənd deyə bilmərəm ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağda olmasaydı, indi vəziyyət daha yaxşı olardı”,-deyə davam edib.

Baş nazir Azərbaycanla onilliklər boyu davam edən münaqişədən sonra sülh sazişinin əldə edilməsi məqsədilə ABŞ, Avropa İttifaqı və Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqları dəstəklədiyini bir daha bəyan edib:

“Əgər biz davamlı, əbədi dövlətçiliyə sahib olmaq istəyiriksə, ilk növbədə qonşularımızla münasibətlərimizi nizama salmaq üçün çox ciddi addımlar atmalı və çox ciddi səylər göstərməliyik”.

Köhnə müttəfiqi Rusiyaya inamının qırılmasının zəruriliyini etiraf etməklə eyni zamanda, Paşinyan onu da deyib ki, Qərb ölkələrinin Ermənistana ehtiyacı olan hərtərəfli dəstəyi təklif edən kimi görünməsi üçün hələ çox yol var:

“Tərəfdaşlarımız, Avropa İttifaqı və Birləşmiş Ştatlar da demokratik islahatlar gündəmə gəldikdə bizi dəstəkləyirlər. Ancaq mən deyə bilmərəm ki, aldığımız dəstək və yardım məqsədlərimizə yetmək üçün kifayətdir”.

Meydan.tv

You Might Also Like

Yevlaxda Qarabağ erməniləri ilə 3-cü görüş baş tutdu

DTX: Ermənistanın terrorçuluqda təqsirləndirlən daha bir vətəndaşı həbs edilib

İlham Əliyev: “Ermənistanın iki prezidenti Xocalıya görə cavab verməlidir”

Saytların yığılması Saytların yığılması Saytların yığılması
Previous Post

Xəzərdə düz çıxış xətlərinin müəyyən olunmasının metodikası üzrə saziş layihəsi müzakirə edilib

Next Post

Narkotik ittihamıyla həbs olunan inanclı əvvəldən çəkdiyi videoda deyir: “Başıma bir iş gəlsə…”

admin

admin

Related News

Yevlaxda Qarabağ erməniləri ilə 3-cü görüş baş tutdu

Yevlaxda Qarabağ erməniləri ilə 3-cü görüş baş tutdu

by admin
29 Sentyabr 2023 - 18:15
0

Yayımlandı: 29 Sentyabr 2023 18:15 Əsasən, reinteqrasiya məsələlərinin müzakirə olunduğu bildirilir Sentyabrın 29-da Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə növbəti...

DTX: Ermənistanın terrorçuluqda təqsirləndirlən daha bir vətəndaşı həbs edilib

DTX: Ermənistanın terrorçuluqda təqsirləndirlən daha bir vətəndaşı həbs edilib

by admin
29 Sentyabr 2023 - 17:20
0

Yayımlandı: 29 Sentyabr 2023 17:20 Davit Manukyan barəsində həbs qətimkan tədbirinin seçildiyi bildirilir Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ermənistan vətəndaşı Davit...

İlham Əliyev: "Ermənistanın iki prezidenti Xocalıya görə cavab verməlidir"

İlham Əliyev: “Ermənistanın iki prezidenti Xocalıya görə cavab verməlidir”

by admin
29 Sentyabr 2023 - 16:44
0

Yayımlandı: 29 Sentyabr 2023 16:44 Azərbaycan Prezidenti Qarabağ ermənilərinin hüquqlarından da danışıb Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın erməni əhalisinin hüquqlarının...

Minsk Qrupunun sabiq həmsədri: "Əliyev bilirdi ki, ona ciddi təzyiq olmayacaq"

Minsk Qrupunun sabiq həmsədri: “Əliyev bilirdi ki, ona ciddi təzyiq olmayacaq”

by admin
29 Sentyabr 2023 - 15:20
0

Keri Kavano Azərbaycana sanksiyaların tətbiq ediləcəyinə inanmır ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri, Kentukki Universitetinin Patterson diplomatiya məktəbinin professoru Keri...

Next Post
Narkotik ittihamıyla həbs olunan inanclı əvvəldən çəkdiyi videoda deyir: “Başıma bir iş gəlsə...”

Narkotik ittihamıyla həbs olunan inanclı əvvəldən çəkdiyi videoda deyir: “Başıma bir iş gəlsə...”

Саммит лидеров стран Центральной Азии пройдет с участием Ильхама Алиева

Саммит лидеров стран Центральной Азии пройдет с участием Ильхама Алиева

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Trending News

saytların yığılması, SEO, sayt, veb

Saytların Yığılması və 2D Dizayn Xidmətləri: Emblem.az

29 Sentyabr 2023 - 00:41
Bir günlük hərbi əməliyyatda itkilərin sayı 200 nəfəri keçdi

Bir günlük hərbi əməliyyatda itkilərin sayı 200 nəfəri keçdi

25 Sentyabr 2023 - 22:02
Abşeron Rayon Mərkəzi Xəstəxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubleyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Abşeron Rayon Mərkəzi Xəstəxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubleyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

06 May 2023 - 13:37
Saytların yığılması Saytların yığılması Saytların yığılması

About

The best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc.

Categories

  • Avto
  • Bölgə
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Manşet
  • Media
  • Mədəniyyət
  • Reportaj
  • Sağlıq
  • Siyasət
  • Sosial
  • Texnologiya
  • Xəbərlər

Tags

ABŞ Azadlığını azerbaycanda son xeberler Azərbaycan Azərbaycanda Azərbaycanın bu günün xəbərləri butun xeberler edir en son idman xeberleri en son sou biznes xeberleri en son xeberler Ermənistan gündə həbs idarə ifadə insan hüquqları Laçın Müsahibələr onun pilotsuz Qanunu Qarabağ Qubad İbadoğlu Region resmi xeberler shou biznes xeberleri Siyasət son xabarlar son xeber sonxeber son xeber az son xeberler sou biznes xeberleri sou xeberler susdurub Söz uçan və xeberler xeberler bu gun xeberler yeni Xəbərlər İran

Recent Posts

  • Bakı-Quba yolunun bu hissəsində hərəkət məhdudlaşdırılır
  • Koronavirusdan daha DƏHŞƏTLİDİR: Ölüm rekordlarını qıran xəstəlik 
  • Purchase Now
  • Features
  • Demos
  • Support

© 2021 JNews – Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result
  • Home

© 2021 JNews – Premium WordPress news & magazine theme by Jegtheme.