Son Xeberler: Azərbaycandan Ən Son Xəbərlər
  • Home
No Result
View All Result
Son Xeberler: Azərbaycandan Ən Son Xəbərlər
  • Home
No Result
View All Result
Son Xeberler: Azərbaycandan Ən Son Xəbərlər
No Result
View All Result
Home Siyasət

Narkotik ittihamıyla həbs olunan inanclı əvvəldən çəkdiyi videoda deyir: “Başıma bir iş gəlsə…”

admin by admin
13 Sentyabr 2023 - 22:08
in Siyasət
0
Narkotik ittihamıyla həbs olunan inanclı əvvəldən çəkdiyi videoda deyir: “Başıma bir iş gəlsə...”
319
SHARES
2.5k
VIEWS
Share on FacebookShare on Twitter

Yayımlandı: 13 Sentyabr 2023 22:08

Həsən Abbaszadə barəsində ilkin istintaq dövrü üçün həbs qətimkan tədbiri seçilib

Müsəlman Birliyi Hərəkatının daha bir üzvü Həsən Abbaszadə həbs olunub. Bu barədə Meydan TV-yə hərəkatdan verilən məlumatda bildirilir ki, Həsən Abbaszadəni sentyabrın 11-də axşam saat 20 radələrində Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində bir neçə nəfər mülki geyimli saxlayıb. Lakin onun saxlanması, hara aparılması barədə ailə üzvlərinə heç bir məlumat verilməyib:

“Ailəsi gecədən səhərə qədər onun yeri barədə məlumat almağa çalışıb. Lakin heç bir xəbər öyrənə bilməyib. Sentyabrın 12-də məlum olub ki, Həsən Abbaszadəyə Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234.4.3 maddəsilə – satış məqsədilə külli miqdarda narkotik ittihamı verilib”.

Artıq Həsən Abbaszadə barəsində ilkin istintaq dövrü üçün həbs qətimkan tədbiri seçilib.

Hərəkatdan o da bildirilib ki, Həsən Abbaszadə Moskvada işləyib ailəsini dolandırırdı. O, bir müddət əvvəl Bakıya gəlibmiş.

Son vaxtlar dini inanclıların, o cümlədən Müsəlman Birliyi Hərəkatı üzvlərinin narkotik ittihamıyla kütləvi həbsini nəzərə alaraq, Həsən Abbaszadə Azərbaycana gəlməmişdən əvvəl video çəkib. Orada vurğulayıb ki, əgər onu da narkotik və ya başqa bir ittihamla həbs eləsələr, hər kəs əmin olsun ki, şər-böhtandır.

“Mən bir müddət əvvəl Moskvaya işləməyə gəlmişdim. Səhhətimdəki problemlər, belimdəki yırtıq işləməyə imkan vermir. İşim də fiziki olduğuna görə vətənimə qayıtmaq istəyirəm. Son zamanlar baş verənlər heç ürəkaçan deyil. Xeyli dostumu, qardaşımı narkotik, İrana bağlılıq və başqa çirkin ittihamlarla şərləyib həbs eləyiblər. Bu hal mənim də başıma gəlməsin deyə, bu videonu çəkib sizə əmanət buraxıram. Əgər mən Bakıya qayıdanda başıma belə bir hal gəlsə, əmin olasınız ki, quramadır, yalançı ittihamdır. Biz vətənimizə, millətimizə, el-obamıza canıyanan insanlarıq. Mən özüm aprel döyüşlərinin iştirakçısı olmuşam. Qardaşım İkinci Qaradağ Mühribəsində, atam Birinci Qarabağ Mühribəsində 6 il döyüşüb. Bizim kimi insanlar heç vaxt öz millətinə xəyanət eləməz”, – videomüraciətdə Həsən Abbaszadə belə deyir.

Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3 maddəsində 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Müsəlman Birliyi Hərəkatından bildirilib ki, son aylarda təşkilatın 30-a yaxın üzvü narkotik ittihamıyla şərlənərək həbs olunub:

“Artıq olkə gündəmini inanclıların narkotik ittihamıyla saxlanılma xəbərinin saxta və məcbur təmizlənmə olaraq icrası heç kəs üçün gizli deyil. Bu sıranın həbs dalğası 2023-cü ilin gəlişilə eyni ittiham üzərindən yüzlərlə inanclını əqidə sədaqətinə görə azadlıqdan məhrum edib. Müsəlman Birliyi Hərəkatı ailəsinin 30-a yaxın üzvü də onlar arasında yer alıb”.

Hüquq müdafiəçilərinin məlumatına görə, narkotik ittihamıyla həbs olunan dini inanclıların ümumi sayı isə 500 nəfərdən çoxdur.

Müsəlman Birliyi Hərəkatının daha bir üzvü Ağəli Yəhyayev avqustun 31-də narkotik ittihamıyla həbs olunub. Ailə üzvləri onun da şərlənərək həbs olunduğunu, işgəncələrə məruz qaldığını bildirir.

Hazırda Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın ümumilikdə 50-yə qədər üzvü həbsdədir.

Daxili İşlər Nazirliyi həbs olunanların şərlənməsi, narkotik ittihamının böhtan olması haqda iddiaları rədd edir. Nazirlik həmin şəxslərin konkret cinayətlərə görə həbs olunduqlarını bəyan edir.

Meydan.tv

You Might Also Like

Yevlaxda Qarabağ erməniləri ilə 3-cü görüş baş tutdu

DTX: Ermənistanın terrorçuluqda təqsirləndirlən daha bir vətəndaşı həbs edilib

İlham Əliyev: “Ermənistanın iki prezidenti Xocalıya görə cavab verməlidir”

Saytların yığılması Saytların yığılması Saytların yığılması
Previous Post

Nikol Paşinyan: “Ermənistan daha öz təhlükəsizliyi üçün Moskvaya arxalana bilməz”

Next Post

Саммит лидеров стран Центральной Азии пройдет с участием Ильхама Алиева

admin

admin

Related News

Yevlaxda Qarabağ erməniləri ilə 3-cü görüş baş tutdu

Yevlaxda Qarabağ erməniləri ilə 3-cü görüş baş tutdu

by admin
29 Sentyabr 2023 - 18:15
0

Yayımlandı: 29 Sentyabr 2023 18:15 Əsasən, reinteqrasiya məsələlərinin müzakirə olunduğu bildirilir Sentyabrın 29-da Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə növbəti...

DTX: Ermənistanın terrorçuluqda təqsirləndirlən daha bir vətəndaşı həbs edilib

DTX: Ermənistanın terrorçuluqda təqsirləndirlən daha bir vətəndaşı həbs edilib

by admin
29 Sentyabr 2023 - 17:20
0

Yayımlandı: 29 Sentyabr 2023 17:20 Davit Manukyan barəsində həbs qətimkan tədbirinin seçildiyi bildirilir Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ermənistan vətəndaşı Davit...

İlham Əliyev: "Ermənistanın iki prezidenti Xocalıya görə cavab verməlidir"

İlham Əliyev: “Ermənistanın iki prezidenti Xocalıya görə cavab verməlidir”

by admin
29 Sentyabr 2023 - 16:44
0

Yayımlandı: 29 Sentyabr 2023 16:44 Azərbaycan Prezidenti Qarabağ ermənilərinin hüquqlarından da danışıb Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın erməni əhalisinin hüquqlarının...

Minsk Qrupunun sabiq həmsədri: "Əliyev bilirdi ki, ona ciddi təzyiq olmayacaq"

Minsk Qrupunun sabiq həmsədri: “Əliyev bilirdi ki, ona ciddi təzyiq olmayacaq”

by admin
29 Sentyabr 2023 - 15:20
0

Keri Kavano Azərbaycana sanksiyaların tətbiq ediləcəyinə inanmır ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri, Kentukki Universitetinin Patterson diplomatiya məktəbinin professoru Keri...

Next Post
Саммит лидеров стран Центральной Азии пройдет с участием Ильхама Алиева

Саммит лидеров стран Центральной Азии пройдет с участием Ильхама Алиева

Strasburqda Qubad İbadoğluna azadlıq tələbi ilə piket keçirilib

Strasburqda Qubad İbadoğluna azadlıq tələbi ilə piket keçirilib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Trending News

saytların yığılması, SEO, sayt, veb

Saytların Yığılması və 2D Dizayn Xidmətləri: Emblem.az

29 Sentyabr 2023 - 00:41
Bir günlük hərbi əməliyyatda itkilərin sayı 200 nəfəri keçdi

Bir günlük hərbi əməliyyatda itkilərin sayı 200 nəfəri keçdi

25 Sentyabr 2023 - 22:02
Abşeron Rayon Mərkəzi Xəstəxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubleyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Abşeron Rayon Mərkəzi Xəstəxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubleyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

06 May 2023 - 13:37
Saytların yığılması Saytların yığılması Saytların yığılması

About

The best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc.

Categories

  • Avto
  • Bölgə
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Manşet
  • Media
  • Mədəniyyət
  • Reportaj
  • Sağlıq
  • Siyasət
  • Sosial
  • Texnologiya
  • Xəbərlər

Tags

ABŞ Azadlığını azerbaycanda son xeberler Azərbaycan Azərbaycanda Azərbaycanın bu günün xəbərləri butun xeberler edir en son idman xeberleri en son sou biznes xeberleri en son xeberler Ermənistan gündə həbs idarə ifadə insan hüquqları Laçın Müsahibələr onun pilotsuz Qanunu Qarabağ Qubad İbadoğlu Region resmi xeberler shou biznes xeberleri Siyasət son xabarlar son xeber sonxeber son xeber az son xeberler sou biznes xeberleri sou xeberler susdurub Söz uçan və xeberler xeberler bu gun xeberler yeni Xəbərlər İran

Recent Posts

  • Ağalı kəndində ağacəkmə aksiyası keçirilib
  • “MDB ölkələrinə güclü ordular lazımdır”
  • Purchase Now
  • Features
  • Demos
  • Support

© 2021 JNews – Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result
  • Home

© 2021 JNews – Premium WordPress news & magazine theme by Jegtheme.