Son Xeberler: Azərbaycandan Ən Son Xəbərlər
  • Home
No Result
View All Result
Son Xeberler: Azərbaycandan Ən Son Xəbərlər
  • Home
No Result
View All Result
Son Xeberler: Azərbaycandan Ən Son Xəbərlər
No Result
View All Result
Home Mədəniyyət

Martin Skorseze iranlı həmkarının müdafiəsi üçün petisiya hazırlayıb

admin by admin
18 Avqust 2023 - 13:59
in Mədəniyyət
0
İranlı rejissora 6 ay həbs cəzası verildi
319
SHARES
2.5k
VIEWS
Share on FacebookShare on Twitter

Yayımlandı: 18 Avqust 2023 13:59

O, Səid Rustayinin müdafiəsi ilə bağlı çağırış edib

Amerikalı rejissor Martin Skorseze altı ay müddətinə həbs edilmiş iranlı həmkarı Səid Rustayinin müdafiəsi üçün petisiya hazırlayıb.

Skorseze petisiyanı şəxsi “İnstagram”ının “bio”sunda yerləşdirərək hər kəsi iştiraka dəvət edib.

“Onun cəzasına etiraz etmək və məsələyə diqqət çəkmək üçün bizim iyirmi gündən az vaxtımız var. Xahiş edirəm, Roustayiyə ədalət axtaran hər kəs petisiyanı imzalasın və paylaşsın. Onun səsi mütləq eşidilməlidir”, – Skorseze qeyd edib.

İranlı rejissor və ssenarist Səid Rustayi “Leylanın qardaşları” (“Leila’s Brothers”) filminin istehsalına və “Kann” Film Festivalında nümayişinə görə altı ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Eyni cəza filmin prodüseri Cavad Noruzbəyinə də verilib.

Tehran İslam İnqilabı Məhkəməsinin çıxardığı hökmdə bildirilib ki, hökmün 1/20 hissəsi, yəni təxminən doqquz gün icra olunacaq, qalan hissəsi isə beş il müddətinə təxirə salınacaq.

Martin Skorseze. Foto: G Holland/ shutterstock

Güzəşt müddətində məhkumlar “Kinorejissorluğun əsası” kursunu keçməli və digər kino peşəkarları ilə ünsiyyətdən çəkinməlidirlər.

“Leylanın qardaşları” dram filmi 2022-ci il istehsalıdır.

Tehran ailələrindən birinin iqtisadi problemlərindən bəhs edir.

Baş rollarda Təranə Əlidusti, Navid Məhəmmədzadə və Peyman Maadi çəkiliblər.

Film 2022-ci ildə Kann Film Festivalında Beynəlxalq Tənqidçilər Federasiyasının (Fipresci) xüsusi mükafatına layiq görülüb.

Mükafatlandırma mərasimində Rustayi deyib ki, bu mükafat 2022-ci il mayın 23-də İranın Abadan şəhərində onmərtəbəli binanın çökməsi nəticəsində 41 nəfərin ölümü ilə nəticələnən hadisə qurbanlarına həsr edib.

Rustayinin çıxışı İranda səlahiyyətlilərin qəzəbinə səbəb olub.

İranın İslami İrşad Nazirliyi yanında Kino Təşkilatı “Leylanın qardaşları”nı qadağan edərək prodüser və rejissorun qaydaları pozduğunu və itaətsizlik etdiyini bildirib.

Ondan filmin süjet xəttini dəyişməsi tələb edilib.

Rejissor bundan imtina edib.

You Might Also Like

Ukrayna hökuməti mədəniyyətə ayrılacaq pulları kəsir

Hesablama Palatası indi də kinostudiyada yoxlama aparır

Ukrayna rəsmisi rejissoru saxta humanizmdə ittiham etdi

Meydan.tv

Saytların yığılması Saytların yığılması Saytların yığılması
Previous Post

“Göyçə Zəngəzur Respublikası” fəaliyyətini dayandırdı

Next Post

Yeni və Köhnə Günəşli, Zığ sakinləri üfunət iyindən şikayətçidirlər

admin

admin

Related News

Ukrayna hökuməti mədəniyyətə ayrılacaq pulları kəsir

Ukrayna hökuməti mədəniyyətə ayrılacaq pulları kəsir

by admin
12 Sentyabr 2023 - 15:46
0

Yayımlandı: 12 Sentyabr 2023 15:46 Büdcə 2023-cü illə müqayisədə 160 milyon qriven az olacaq Ukrayna hökuməti mədəniyyət sahəsinə 2024-cü il...

Hesablama Palatası indi də kinostudiyada yoxlama aparır

Hesablama Palatası indi də kinostudiyada yoxlama aparır

by admin
11 Sentyabr 2023 - 16:11
0

Yayımlandı: 11 Sentyabr 2023 16:11 Kinotənqidçi: “Yoxlamaların keçirilməsi müsbət haldır” Hesablama Palatasının Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yoxlama apardığı bildirilir....

Ukrayna rəsmisi rejissoru saxta humanizmdə ittiham etdi

Ukrayna rəsmisi rejissoru saxta humanizmdə ittiham etdi

by admin
24 Avqust 2023 - 12:41
0

Yayımlandı: 24 Avqust 2023 12:41 “Bu, aktyorların ölüm-dirim savaşı oynadıqları kino deyil” Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy...

Toto Kutunyo “Santi Nereo e Achilleo” kilsəsində dəfn olunacaq

Toto Kutunyo “Santi Nereo e Achilleo” kilsəsində dəfn olunacaq

by admin
23 Avqust 2023 - 13:06
0

Yayımlandı: 23 Avqust 2023 13:06 Müğənni 18 il xərçənglə mübarizə aparıb Uzun sürən ağır xəstəlikdən həyatını itirən italyan müğənni Toto...

Next Post
Yeni və Köhnə Günəşli, Zığ sakinləri üfunət iyindən şikayətçidirlər

Yeni və Köhnə Günəşli, Zığ sakinləri üfunət iyindən şikayətçidirlər

21 yaşlı müharibə iştirakçısının intihar etdiyi bildirilir

21 yaşlı müharibə iştirakçısının intihar etdiyi bildirilir

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Trending News

saytların yığılması, SEO, sayt, veb

Saytların Yığılması və 2D Dizayn Xidmətləri: Emblem.az

29 Sentyabr 2023 - 00:41
Bir günlük hərbi əməliyyatda itkilərin sayı 200 nəfəri keçdi

Bir günlük hərbi əməliyyatda itkilərin sayı 200 nəfəri keçdi

25 Sentyabr 2023 - 22:02
Abşeron Rayon Mərkəzi Xəstəxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubleyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Abşeron Rayon Mərkəzi Xəstəxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubleyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

06 May 2023 - 13:37
Saytların yığılması Saytların yığılması Saytların yığılması

About

The best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc.

Categories

  • Avto
  • Bölgə
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Manşet
  • Media
  • Mədəniyyət
  • Reportaj
  • Sağlıq
  • Siyasət
  • Sosial
  • Texnologiya
  • Xəbərlər

Tags

ABŞ Azadlığını azerbaycanda son xeberler Azərbaycan Azərbaycanda Azərbaycanın bu günün xəbərləri butun xeberler edir en son idman xeberleri en son sou biznes xeberleri en son xeberler Ermənistan gündə həbs idarə ifadə insan hüquqları Laçın Müsahibələr onun pilotsuz Qanunu Qarabağ Qubad İbadoğlu Region resmi xeberler shou biznes xeberleri Siyasət son xabarlar son xeber sonxeber son xeber az son xeberler sou biznes xeberleri sou xeberler susdurub Söz uçan və xeberler xeberler bu gun xeberler yeni Xəbərlər İran

Recent Posts

  • Azərbaycan və “Baltech Enerji” elektrik stansiyalarının inşasını müzakirə edib
  • Ukraynanın bütün ərazisində hava həyəcanı verildi
  • Purchase Now
  • Features
  • Demos
  • Support

© 2021 JNews – Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result
  • Home

© 2021 JNews – Premium WordPress news & magazine theme by Jegtheme.