Son Xeberler: Azərbaycandan Ən Son Xəbərlər
  • Son Xəbərlər
  • Siyasət
  • Gündəm
  • Dünya
  • Media
  • Cəmiyyət
  • Texnologiya
  • Sosial
  • İqtisadiyyat
  • Sağlıq
  • Avto
  • İdman
No Result
View All Result
Son Xeberler: Azərbaycandan Ən Son Xəbərlər
  • Son Xəbərlər
  • Siyasət
  • Gündəm
  • Dünya
  • Media
  • Cəmiyyət
  • Texnologiya
  • Sosial
  • İqtisadiyyat
  • Sağlıq
  • Avto
  • İdman
No Result
View All Result
Son Xeberler: Azərbaycandan Ən Son Xəbərlər
No Result
View All Result
Home Siyasət

LSE Qubad İbadoğlu ilə bağlı çağırış etdi

27 İyul 2023 - 18:27
in Siyasət
LSE Qubad İbadoğlu ilə bağlı çağırış etdi
Share on FacebookShare on Twitter

Yayımlandı: 27 İyul 2023 18:27

İqtisadçının dərs dediyi universitetin kollektivi onun müdafiəsinə qalxıb

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) həbsdə olan Qubad İbadoğlu ilə bağlı açıqlama yayıb.

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin Beynəlxalq Münasibətlər Departamenti, bütün Beynəlxalq London İqtisadiyyat Məktəbi ilə yanaşı, doktor Qubad İbadoğlunun həbsindən dərin narahatlığını ifadə edib:

“Doktor İbadoğlu yaxşı idarəçilik, şəffaflıq və akademik ciddiliyə sadiqliyi ilə beynəlxalq aləmdə tanınır. O, Departamentdə baş qonaq kimi LSE-nin akademik cəmiyyətinin çox hörmətli üzvüdür.
Biz onun həbsi zamanı və ondan sonra zorakılıq halları ilə bağlı xəbərlərdən xüsusilə narahatıq və həmçinin onun təcili olaraq dərmanlara çıxışa ehtiyacı olduğunu bilirik”.

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi Azərbaycan hakimiyyətinə Qubad İbadoğlunu azad etməyə çağırıb:

“Biz Azərbaycan hakimiyyətini konstitusiyaya və beynəlxalq öhdəliklərə sadiq olduqlarını nümayiş etdirərək, doktor İbadoğlunu dərhal azad etməyə çağırırıq. Daha sonra İbadoğlunun səhhətinin monitorinq edildiyini və onun dərmanlara tam çıxışı olduğunu tez bir zamanda təsdiqlənməsini istəyirik”.

“Akademik azadlığı və söz azadlığını dəstəkləyən hər kəsi doktor İbadoğlunun sağ-salamat azadlığa buraxılması üçün Azərbaycan hakimiyyətindən bu təcili tələbə qoşulmağa çağırırıq”,-deyə açıqlamada qeyd olunub.

İyulun 23-də saxlanılan iqtisadçı Qubad İbadoğlu haqda Nərimanov Rayon Məhkəməsi bir gün sonra 3 ay 26 gün qətimkan tədbiri seçib.

Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Adları bir gün əvvəl Türkiyə mediasında “FETÖ” (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikə) maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir. Onlar iyulun 23-də məhkəmə qarşısına çıxarılıb və hər biri barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

İyulun 25-də Qubad İbadoğlunun Müdafiə Komitəsi yaradılıb, professor Cəmil Həsənli komitənin sədri seçilib.

You Might Also Like

Bəxtiyar Hacıyevin həbs müddəti daha 3 ay artırıldı

Qarabağın erməni sakinləri vergilərdən azad olunacaq, subsidiya alacaq

İlham Əliyev: “Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik”

Meydan.tv

Saytların yığılması Saytların yığılması Saytların yığılması
Previous Post

Cümə günü Qubad İbadoğlunun apellyasiya şikayətinə baxılacaq

Next Post

Məhkəmə AXCP fəalı barədə həbs qətimkan tədbiri seçib

Related News

Bəxtiyar Hacıyevin həbs müddəti daha 3 ay artırıldı

Bəxtiyar Hacıyevin həbs müddəti daha 3 ay artırıldı

by admin
02 Oktyabr 2023 - 21:13
0

Yayımlandı: 2 Oktyabr 2023 21:13 Vəkillər bunu qanun pozuntusu hesab edirlər Oktyabrın 2-də Xətai Rayon Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyev...

Qarabağın erməni sakinləri vergilərdən azad olunacaq, subsidiya alacaq

Qarabağın erməni sakinləri vergilərdən azad olunacaq, subsidiya alacaq

by admin
02 Oktyabr 2023 - 18:31
0

Yayımlandı: 2 Oktyabr 2023 18:31 Azərbaycanın reinteqrasiya planında güzəştlər nəzərdə tutulub Qarabağda erməni sakinlərin yaşadıqları ərazilərdə fermerlərə subsidiyalar veriləcək. Azərbaycan...

İlham Əliyev: "Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik"

İlham Əliyev: “Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik”

by admin
02 Oktyabr 2023 - 15:55
0

Yayımlandı: 2 Oktyabr 2023 15:55 O, bunu Azərbaycanın münaqişədən sonrakı mövqeyi kimi açıqlayıb Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqazın sülh...

Qukasyan, Saakyan və Arutyunyanın Qarabağı tərk etmədiyi bildirilir

Qukasyan, Saakyan və Arutyunyanın Qarabağı tərk etmədiyi bildirilir

by admin
02 Oktyabr 2023 - 13:54
0

Azərbaycan 300-dən çox şəxsin axtarışa verildiyini deyir Separatçı “Dağlıq Qarabağ Respublikası”nın (DQR) keçmiş rəhbərləri Arkadi Qukasyan, Bako Saakyan və Arayik...

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Trending News

saytların yığılması, SEO, sayt, veb

Saytların Yığılması və 2D Dizayn Xidmətləri: Emblem.az

29 Sentyabr 2023 - 00:41
Daha bir ictimai fəal sosial şəbəkədə yazdığına görə cəzalandırılıb

Daha bir ictimai fəal sosial şəbəkədə yazdığına görə cəzalandırılıb

24 Sentyabr 2023 - 02:23
Bir günlük hərbi əməliyyatda itkilərin sayı 200 nəfəri keçdi

Bir günlük hərbi əməliyyatda itkilərin sayı 200 nəfəri keçdi

25 Sentyabr 2023 - 22:02
Saytların yığılması Saytların yığılması Saytların yığılması

© 2023 Son Xeberler – Veb Saytların Yığılması Emblem.az.

No Result
View All Result
  • Son Xəbərlər
  • Siyasət
  • Gündəm
  • Dünya
  • Media
  • Cəmiyyət
  • Texnologiya
  • Sosial
  • İqtisadiyyat
  • Sağlıq
  • Avto
  • İdman

© 2023 Son Xeberler – Veb Saytların Yığılması Emblem.az.