Son Xeberler: Azərbaycandan Ən Son Xəbərlər
  • Home
No Result
View All Result
Son Xeberler: Azərbaycandan Ən Son Xəbərlər
  • Home
No Result
View All Result
Son Xeberler: Azərbaycandan Ən Son Xəbərlər
No Result
View All Result
Home İqtisadiyyat

İqtisadçı: “ Tək AZAL brendi bazarda qalacaqsa, deməli, qiymətlər də bahalaşacaq”

admin by admin
29 İyul 2023 - 17:55
in İqtisadiyyat
0
İqtisadçı: “ Tək AZAL brendi bazarda qalacaqsa, deməli, qiymətlər də bahalaşacaq”
319
SHARES
2.5k
VIEWS
Share on FacebookShare on Twitter

Yayımlandı: 29 İyul 2023 17:55

Natiq Cəfərli aviaşirkətlərin eyni brend altında birləşməsini şərh edib

“Azərbaycan Hava Yolları” QSC iyulun 28-də elan etdi ki, aşağı büdcəli hava yolu şirkəti sayılan “Buta Airways” vahid AZAL brendi altında birləşəcək.

Birləşmə bu ilin oktyabrında baş tutacaq.

“Bu birləşmə hər iki aviaşirkətin ən yaxşı keyfiyyətlərini özündə ehtiva etməklə, sərnişinlərin sərfəli tariflərlə səyahət etmək imkanlarını daha da genişləndirəcək. Eləcə də müştərilərimizin səyahətlərini rahat planlamasını və onlara göstərilən xidmət səviyyəsində artımı təmin edəcək”, – QSC-nin məlumatında bildirilir.

İqtisadçı Natiq Cəfərli deyir ki, “Buta Airways” – “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin struktur bölməsidir, yəni, onsuz da AZAL-a məxsus idi. 

Bəs niyə eyni ad altında birləşdirilir?

İqtisadçı əlavə edir ki, “Buta Airways” və AZAL-ın eyni istiqamətlər üzrə xeyli uçuşu var. Məsələn, Türkiyə, Gürcüstan, Rusiya, Orta Asiya uçuşları… Həmin istiqamətlərdə müəyyən qiymət fərqi var – yəni AZAL biletləri daha bahadır. Baha olmasının səbəbi kimi daha fərqli baqaj və yemək siyasəti yürüdüklərini əsas gətirirlər. 

Natiq Cəfərli bildirir ki, məntiqlə, əgər oktyabr ayından tək AZAL brendi bazarda qalacaqsa, deməli, qiymətlər də bahalaşacaq. 

“Hökuməti məntiqlə anlamaq olmur, çünki öz dünyaları var. Əslində 3-5 sadə və hakimiyyətə ancaq reytinq gətirə biləcək addımlar atmaqla ölkədə yığılmış daxili gərginliyi azalda bilərlər. Üstəlik, həmin addımlar hökumətə çox ucuz başa gələcək, yəni, maddi dəyəri yüksək olmayacaq. Bunlardan biri quru sərhədlərin açılmasıdır. Digəri xarici avia-şirkətlərin Azərbaycan bazarına buraxılmalarıdır. Bundan əlavə, məsələn, hər ailədə ikinci uşağa ayda 100 manat vəsait ayıra bilərlər. Sonra ərzaq və dərmanlarda ƏDV-ni 18 faizdən 2 faizə sala bilərlər. Mənasız siyasi həbsləri dayandırıb ziyanın yarısından geri dönsələr, böyük ziyana düşməzlər. Lakin etmirlər, görünür, maraqlı deyil”.

İqtisadçı deyir ki, bütün bu addımların büdcəyə yükü cəmi 2,5-3 mlrd. manat olacaq, amma bir müddət sonra bu vəsait də dolayısı ilə büdcəyə geri dönəcək:

“Quru sərhədlərın açılması turizmə, sərhədyani ticarətə əlavə divident gətirəcək, bu isə əlavə vergi yükünün yaranmasına səbəb olacaq ki, büdcəyə xeyri olacaq. Xarici “low-cost” (aşağı büdcəli hava şirkəti) şirkətlərin bazara birbaşa daxil olması regionlarda boş qalan, büdcəyə yük olan hava limanlarını canlandıracaq, bu isə həm turizmə, həm də regionların inkişafına müsbət təsir edəcək, deməli, büdcəyə daxilolmalar artacaq. Ailədə hər ikinci uşağa 100 manat verilməsi ilə cəmi 1 mlrd. manat büdcə xərci yaranır, amma valideyn aldığı o 100 manatı yastığın altına qoymayacaq ki, xərcləyəcək, xərclədikcə iqtisadi aktivlik yaranacaq, ticarət dövriyyəsi artacaq. Bu isə büdcəyə əlavə vergilər gətirəcək. Ərzaq və dərmanlarda ƏDV faizinin aşağı salınması büdcəyə ƏDV-dən daxilolmaları 1,4 mlrd. manat azalda bilər, amma vətəndaş qənaət etdiyi pula başqa sahələrdə alış-veriş edəcək ki, (məsələn, ayaqqabı alacaq), bu da qeyri-ərzaq ticarət dövriyyəsində canlanma yarada, o sahədən vergilərin artmasına səbəb olacaq. Siyasi həbslər isə ölkəyə heç bir maddi qazanc gətirmir, əksinə, bəzi ölkələr təzyiqi artıraraq ölkədən iqtisadi güzəştlər qoparırlar – həbslər, həm də maddi olaraq bahadır”.

Natiq Cəfərli düşünür ki, hökumət atacağı 3-5 sadə addımla ölkənin nəfəs almasını asanlaşdıra bilər və bu, hökumətin reytinqinin artmasına səbəb olacaq.

“Buta Airways” ilk biletlərini 2017-ci il iyulun 11-də satışa çıxarmışdı.

“Buta Airways” “Azərbaycan Hava Yolları” QSC-nin struktur bölməsidir və Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti idi.

Aviaşirkət Bakıdan Türkiyə, Gürcüstan, Ruisiya, Qazaxıstan, Özbəkistan İran və başqa ölkələrə uçuşlar gerçəkləşdirirdi. Təyyarə parkına “Embraer” E190 və E170 təyyarələri daxil olan “Buta Airways”ın fəaliyyətə başlaması ilə aşağı büdcəli “AZALJET”in fəaliyyəti dayandırılmışdı.

“AZALJET”in yaradılmasına isə 2016-cı ilin əvvəlində başlanmışdı. Bu brend adı altında uçuşlara həmin il martın 28-dən Azərbaycan mülki aviasiyasının mövcud infrastrukturu əsasında yerinə yetirilməyə başlanmışdı.

2016-cı ilin dekabrında hökumət “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ni açıqladı. Həmin xəritədə yeni aşağı büdcəli aviaşirkətin – “Buta Airways”ın yaradılması nəzərdə tutulurdu.

Meydan.tv

You Might Also Like

Meksikalı iştirakçı: “Azərbaycan Milli Şəhərsalma Forumu qarşılıqlı təcrübə üçün çox əhəmiyyətlidir”

AZAL və turizm agentlikləri aviasiya və turizm sektorlarının inkişafını müzakirə edib

“AzərEnerji” TEİAŞ ilə elektrik enerjisi infrastrukturunun qurulması məqsədilə Yol Xəritəsi imzalayıb

Saytların yığılması Saytların yığılması Saytların yığılması
Previous Post

Avropa Şurası Baş Katibi Azərbaycan və Ermənistanı həqiqi dialoqa girməyə çağırıb

Next Post

Baş Prokurorluq beynəlxalq axtarışda olan Əsgəran sakininin saxlanıldığını deyir

admin

admin

Related News

Meksikalı iştirakçı: “Azərbaycan Milli Şəhərsalma Forumu qarşılıqlı təcrübə üçün çox əhəmiyyətlidir”

Meksikalı iştirakçı: “Azərbaycan Milli Şəhərsalma Forumu qarşılıqlı təcrübə üçün çox əhəmiyyətlidir”

by admin
29 Sentyabr 2023 - 19:58
0

Qarşılıqlı təcrübə əldə etmək Azərbaycanda Milli Şəhərsalma Forumun keçirilməsi əhəmiyyətlidir. “Son-xeberler” xəbər verir ki, bunu bu gün Zəngilan şəhərində keçirilən...

AZAL və turizm agentlikləri aviasiya və turizm sektorlarının inkişafını müzakirə edib

AZAL və turizm agentlikləri aviasiya və turizm sektorlarının inkişafını müzakirə edib

by admin
29 Sentyabr 2023 - 19:31
0

Bu gün “Azərbaycan Hava Yolları” QSC (AZAL) ölkənin turizm agentliklərinin nümayəndələri ilə görüş keçirərək aviasiya və turizm sektorları üzrə əməkdaşlığın...

“AzərEnerji” TEİAŞ ilə elektrik enerjisi infrastrukturunun qurulması məqsədilə Yol Xəritəsi imzalayıb

“AzərEnerji” TEİAŞ ilə elektrik enerjisi infrastrukturunun qurulması məqsədilə Yol Xəritəsi imzalayıb

by admin
29 Sentyabr 2023 - 18:36
0

“Türkiye Elektrik İletim Anonim Şirketi” (TEİAŞ) və “AzərEnerji” ASC arasında elektrik enerjisinin idxal və ixrac infrastrukturunun qurulması məqsədilə Yol Xəritəsi...

Qarabağda və Şərqi Zəngəzurda iqtisadiyyatın prioritet sahələri açıqlanıb

Qarabağda və Şərqi Zəngəzurda iqtisadiyyatın prioritet sahələri açıqlanıb

by admin
29 Sentyabr 2023 - 18:04
0

Qarabağda və Şərqi Zəngəzur iqtisadi rayonlarında əsas prioritet inkişaf sahələri kənd təsərrüfatı, turizm, dağ-mədən sənayesi və logistikadır. "Son-xeberler" xəbər verir...

Next Post
Baş Prokurorluq beynəlxalq axtarışda olan Əsgəran sakininin saxlanıldığını deyir

Baş Prokurorluq beynəlxalq axtarışda olan Əsgəran sakininin saxlanıldığını deyir

Biz Elçin Sadıqovun hüquq müdafiəçisi kimi repressiyaya məruz qalmasından narahatıq

Biz Elçin Sadıqovun hüquq müdafiəçisi kimi repressiyaya məruz qalmasından narahatıq

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Trending News

saytların yığılması, SEO, sayt, veb

Saytların Yığılması və 2D Dizayn Xidmətləri: Emblem.az

29 Sentyabr 2023 - 00:41
Bir günlük hərbi əməliyyatda itkilərin sayı 200 nəfəri keçdi

Bir günlük hərbi əməliyyatda itkilərin sayı 200 nəfəri keçdi

25 Sentyabr 2023 - 22:02
Abşeron Rayon Mərkəzi Xəstəxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubleyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Abşeron Rayon Mərkəzi Xəstəxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubleyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

06 May 2023 - 13:37
Saytların yığılması Saytların yığılması Saytların yığılması

About

The best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc.

Categories

  • Avto
  • Bölgə
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Manşet
  • Media
  • Mədəniyyət
  • Reportaj
  • Sağlıq
  • Siyasət
  • Sosial
  • Texnologiya
  • Xəbərlər

Tags

ABŞ Azadlığını azerbaycanda son xeberler Azərbaycan Azərbaycanda Azərbaycanın bu günün xəbərləri butun xeberler edir en son idman xeberleri en son sou biznes xeberleri en son xeberler Ermənistan gündə həbs idarə ifadə insan hüquqları Laçın Müsahibələr onun pilotsuz Qanunu Qarabağ Qubad İbadoğlu Region resmi xeberler shou biznes xeberleri Siyasət son xabarlar son xeber sonxeber son xeber az son xeberler sou biznes xeberleri sou xeberler susdurub Söz uçan və xeberler xeberler bu gun xeberler yeni Xəbərlər İran

Recent Posts

  • Bakı-Quba yolunun bu hissəsində hərəkət məhdudlaşdırılır
  • Koronavirusdan daha DƏHŞƏTLİDİR: Ölüm rekordlarını qıran xəstəlik 
  • Purchase Now
  • Features
  • Demos
  • Support

© 2021 JNews – Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result
  • Home

© 2021 JNews – Premium WordPress news & magazine theme by Jegtheme.