Son Xeberler: Azərbaycandan Ən Son Xəbərlər
  • Home
No Result
View All Result
Son Xeberler: Azərbaycandan Ən Son Xəbərlər
  • Home
No Result
View All Result
Son Xeberler: Azərbaycandan Ən Son Xəbərlər
No Result
View All Result
Home Sosial

Göygöl sakini: “Uşaqlarımın ahı bir gün o hakimləri mütləq tutacaq, geci-tezi var”

admin by admin
31 Avqust 2023 - 17:15
in Sosial
0
Göygöl sakini: “Uşaqlarımın ahı bir gün o hakimləri mütləq tutacaq, geci-tezi var”
319
SHARES
2.5k
VIEWS
Share on FacebookShare on Twitter

“İndi hansı zamandır ki, adamı asırlar, işgəncə verirlər? Bunların elədikləri insanlıqdan çıxmaqdır…”

“Əgər məhkəmələr, hakimlər prokurorun dediklərini təsdiqləmək üçündürsə, daha camaata niyə əziyyət verib gətirib-aparırlar? Daha niyə dövlətdən maaş alıb, əlavə xərcə salırlar? Aylarla yoldaşımın məhkəməsi getdi, ancaq prokurorun dediyini nəzərə aldı. Vəkilimiz nə qədər məsələlər qaldırdı yoldaşımın bu cinayəti törətmədiyini sübut eləmək üçün, heç birini qəbul eləmədi. Axırda da gəlib 19 il iş oxudu. Daha demədi ki, 4 körpə uşağın halı necə olacaq? Onların ahı bir gün o hakimləri mütləq tutacaq, geci-tezi var…”, – Göygöl rayonunun Çaykənd kənd sakini Qaratel Əhmədova Meydan TV-yə danışır.

“Bunların elədiyi insanlıqdan çıxmaqdır, öz balalarının da başına gəlsin”

Qaratel Əhmədovanın həyat yoldaşı, iki ilə yaxındır həbsdə olan Elnur Hüseynova avqustun 23-də hökm oxunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 19 il azadlıqdan məhrum edilib.

Kəlbəcər rayon 58 saylı orta məktəbdə fizika müəllimi işləmiş 37 yaşlı Elnur Hüseynov həyat yoldaşının xalasını qətlə yetirməkdə ittiham olunur. Sözügedən ölüm hadisəsi isə 2021-ci il aprelin 14-də Yevlax rayonunun Aşağı Bucaq kəndində cücə sexində baş verib.

Elnur Hüseynov 53 yaşlı Səidə Hüseynovanı həm sex, həm də ev kimi istifadə etdiyi məkanda öldürəndən sonra cinayətin izini itirməkdən ötrü ora benzin töküb yandırmaqda təqsirləndirilir. Cinayət işinin materiallarında iddia olunur ki, o, hadisəni tamah məqsədilə – qohumunun qızıllarını, pulunu ələ keçirmək üçün törədib.

Uzun müddət hüquq-mühafizə orqanları hadisənin texniki səbəbdən baş verdiyi qənaətinə gəlib, aylarla istintaq da bu istiqamətdə gedib. Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb, dindirmələr aparılıb.

2021-ci ilin noyabrında Elnur Hüseynovu Çaykənddə mal-qara oğurluğuna görə tutublar. Qaratel Əhmədova deyir ki, onun xalasının ölümündə həyat yoldaşının təqsirləndirilməsi üçün sanki fürsət yaranıb. O, baş verənlərə görə həm də öz anasını qınayır:

“Elnurun oğurluqda ittiham olunması əllərinə bəhanə verdi, hər yerə yazdılar ki, bu işi də o eləyib. Oğurluq məsələsində Elnuru məhkəmə bu tərəfdən 200 manat cərimə ilə buraxıb, çıxanda o biri tərəfdən yenə tutublar, aparıb işgəncə veriblər. Təsəvvür edin, adamı Gəncə türməsindən bu ölüm işinə görə dindirmək üçün Yevlaxa aparıblar. İndi hansı zamandır ki, adamı asırlar, işgəncə verirlər? Onun üstündəki xəsarətlərin hamısını vəkil də öz şikayətində yazıb göndərib. Elnur Gəncə türməsinə qaytarılanda xəsarətlər qeydə alınıb. Elə işgəncələr veriblər, elə söyüşlər söyüblər, deyiləsi deyil. Adama deyərlər ki, əgər bu cinayəti törədibsə, sübutlar olmalıdır, ortaya qoyun, niyə işgəncə verirsiz? Deməli, törətmədiyi cinayəti adamın boynuna qoyursunuz. Bunların elədiyi insanlıqdan çıxmaqdır, öz balalarının da başına gəlsin…”

“Nəinki hakim, ümumiyyətlə, qanacaqlı adamlar bu sözü işlətmir”

Qaratel Əhmədovanın sözlərinə görə, 4 azyaşlı övladı var, ən kiçiyinin heç 3 yaşı tamam olmayıb. Onları dolandırmaqda çətinlik çəkdiyini deyən Çaykənd sakininin sözlərinə görə, onu ağrıdan əsas məqam həyat yoldaşının törətmədiyi cinayətə görə cəza çəkməsidir. O vurğulayır ki, əgər Elnur Hüseynovun həqiqətən bu cinayəti törətdiyini bilsəydi, heç bir halda, məsuliyyətdən kənarda qalmasına razılaşmazdı. Çünki söhbət xalasından gedir.

Qaratel Əhmədova deyir ki, xalası ölən vaxt həyat yoldaşı evdə olub. Bunu, hətta kənar adamlar da təsdiqləyir:

“Mənə zəng eləyib xəbər verdilər ki, xalam cücə sexində yanıb ölüb. Həmin vaxt yoldaşım evdə idi. Telefonda bu xəbəri eşidib ağlayanda yoldaşım bu tərəfdən soruşdu ki, “nə olub?” Onun səsini mənə xəbəri verən qardaşım arvadı da telefonda eşitmişdi. Özü də ifadəsində bunu təsdiqləyib ki, həmin vaxt Elnur evdə idi. Çaykəndlə Yevlaxın arası az qala, 200 kilometrdir. Bu necə ola bilər ki, orada hadisə ola-ola yoldaşım evdə olsun?”

Onun sözlərinə görə, telefon anten məlumatları da Elnur Hüseynovun həmin vaxt Çaykənd ərazisində olduğunu sübut edir.

Amma məhkəmə bu sübutları qəbul etməyib. Hakim onun evdə olması haqda həyat yoldaşının, eləcə də Mədinə Əhmədovanın dediklərini nəzərə almayıb.

Qaratel Əhmədova məhkəmə prosesinə sədrlik edən hakim Rəfail Əliyevin davranışından da narazılığını dilə gətirir:

“Ümumiyyətlə, ona hakimlikdən əvvəl necə davranmağı öyrətmək lazımdır. Məhkəmə sahəsinə nəzarət eləyənlər gedib kameraları açsınlar, baxsınlar ki, o cür “hakimlər” vətəndaşları dövlətdən necə narazı salır. Verdikləri qərarlar bir yana qalsın, hələ davranışlarıyla. Hakim məhkəmədə “yaxşı eləyirəm…” sözünü deyər? Ümumiyyətlə, qanacaqlı adamlar bu sözü işlətmirlər. Hələ ki, onların əlində səlahiyyət var, bizim kimiləri əzirlər, bizim də gücümüz Allaha dua eləməyə çatır. Onların da vaxtı gələcək…”

Vəkil Zabil Qəhrəmanov, foto: Meydan Tv

“Ekspert deyir ki, xəsarət aşkarlamamışıq, ittiham veriblər ki…”

Elnur Hüseynovun vəkili Zabil Qəhrəmanov da Şəki Ağır Cinayətlər Məhkəməsindəki araşdırmalardan narazı qalıb. Vəkil Meydan TV-yə bildirib ki, hökmdən apelyasiya şikayəti verəcək. Onun sözlərinə görə, Elnur Hüseynovun müdafiəsilə bağlı qaldırdığı mühüm vəsatətləri məhkəmə təmin etməyib. Müdafiəçi hesab edir ki, Elnur Hüseynov sözügedən qətl hadisəsini törətməyib və bunu təsdiqləyən yetərincə sübutlar var:

“Məhkəmədə ekspertlər dindiriləndə xeyli məsələlərin üstü açıldı. Məlum oldu ki, sexdə sobanın farsunkası olmayıb. Ekspert dedi ki, soba parça-parça olmuşdu. Adi yanğın idisə, yəni Elnur benzin töküb yandırmışdısa, niyə soba parça-parça olmalıydı?”

Elnur Hüseynova qarşı ittihamda onun Səidə Hüseynovaya bıçaqla 4-5 dəfə zərbə vurduğu yazılıb. Amma məhkəmədə dindirilən ekspert Vahid Xıdırov deyib ki, onlar meyiti müayinə edəndə xəsarət müəyyənləşdirə bilməyiblər. Ölümün səbəbi kimi isə yanğın göstərilib.

“Ekspert onu da bildirdi ki, damarlar dolu qanlı idi. Əgər bu adama 4-5 bıçaq zərbəsi vurulubsa, damarlar dolu qanlı ola bilməzdi, qan axmalıydı. Ən əsası, ekspertiza xəsarətləri müəyyənləşdirmədiyi halda, hansı əsasla xəsarət yetirilməsi haqda ittiham verilir? Məhkəmə də o ittihamı təsdiqlədi…”, – Zabil Qəhrəmanov əlavə edib.

Bu hakimlər başqa bir ölüm işində də bənzər hökm çıxarıb

Müdafiəçi deyir ki, bu iş üzrə hökm çıxaran üç hakimdən ikisi başqa bir ölüm işində də əsassız hökm çıxarıb, şəxsi 11 il həbs cəzasına məhkum edib. Həmin hökm Ali Məhkəməyə gedib çıxandan sonra o instansiyadan geri qaytarılıb ki, yenidən araşdırılsın. Söhbət Polad İsmayılovun işindən gedir. Həmin iş hazırda Şəki Apelyasiya Məhkəməsinin icraatındadır.

Elnur Hüseynov məhkəmədə işgəncələrdən şikayətlənərkən o dövrdə Yexlax rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini olmuş Şahlar Cəfərovun adını çəkib. O bildirib ki, polis şöbəsində ona qarşı ağlasığmaz işgəncələrə Şahlar Cəfərov rəhbərlik edirdi.

Yevlaxdan əvvəl iki ilə yaxın Tovuzda eyni vəzifədə çalışan Şahlar Cəfərovun adı bu rayonun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanovun məhkəməsində də hallanırdı. İlkin Süleymanov da bildirirdi ki, azyaşlının oğurlanıb öldürülməsi cinayətini üzərinə götürməsi üçün polis şöbəsində ona Şahlar Cəfərovun rəhbərliyi altında işgəncə verilib.

Şahlar Cəfərov Tovuzdan öncə isə uzun müddət Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çalışıb. Onun adı 2015-ci ilin noyabrında Nardaranda ilahiyyatçı Taleh Bağırzadə və digərlərin həbsi zamanı onlara, eləcə də bir sıra ictimai-siyasi fəallara verilən işgəncələrdə hallanıb.

Nardaran hadisələrilə bağlı məhkəmədə dindirilərkən Şahlar Cəfərov “bandotdel”də adamlara işgəncə verməsi barədə iddiaları təkzib etmişdi.

Prokurorluq: “İşgəncə təsdiqlənməyib”

Elnur Hüseynovun işgəncəyə məruz qalmasıyla bağlı şikayətinə prokurorluq rədd cavabı verərək, cinayət işi başlamaqdan imtina edib. Hərçənd, şikayətə ekspertiza rəyi, istintaq təcridxanasına daxil olarkən üzərində qeydə alınan xəsarətlərə dair sənəd də əlavə olunub. Amma prokurorluq belə nəticəyə gəlib ki, onun polis idarəsində işgəncəyə məruz qalması haqda dedikləri təsdiqini tapmayıb.

Meydan.tv

You Might Also Like

Hərbi əməliyyatda həlak olanların bank borcları silinəcək

Rəsmi: Söyüdlüdəki zavodun ərazisindəki quyuların suyunda sianid aşkarlanıb

Azərbaycanda karantin rejimi 2024-cü ilə qədər uzadıldı

Saytların yığılması Saytların yığılması Saytların yığılması
Previous Post

Ağdam-Xankəndi yoluna xarici diplomatlar gəlib

Next Post

Ağdam-Xankəndi yolunda aksiya keçirən ermənilər humanitar yardımı buraxmayacaqlarını deyiblər

admin

admin

Related News

Hərbi əməliyyatda həlak olanların bank borcları silinəcək

Hərbi əməliyyatda həlak olanların bank borcları silinəcək

by admin
28 Sentyabr 2023 - 17:07
0

Yayımlandı: 28 Sentyabr 2023 17:07 Yaralanmış şəxslərə isə banklar güzəşt edəcək Anti-terror əməliyyatı zamanı həyatını itirmiş şəxslərin banklara olan borcu...

Rəsmi: Söyüdlüdəki zavodun ərazisindəki quyuların suyunda sianid aşkarlanıb

Rəsmi: Söyüdlüdəki zavodun ərazisindəki quyuların suyunda sianid aşkarlanıb

by admin
26 Sentyabr 2023 - 19:43
0

Yayımlandı: 26 Sentyabr 2023 19:43 “Bu, ətraf mühit və insan sağlamlığı üçün təhlükə olmasa da, risklidir” Gədəbəyin Söyüdlü kəndindəki istehsal...

Azərbaycanda karantin rejimi 2024-cü ilə qədər uzadıldı

Azərbaycanda karantin rejimi 2024-cü ilə qədər uzadıldı

by admin
25 Sentyabr 2023 - 12:59
0

Yayımlandı: 25 Sentyabr 2023 12:59 Yanvarın 2-dək ölkədə xüsusi karantın rejimi tətbiq olunacaq Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2024-cü il...

Müdafiə Nazirliyinin tabeliyindəki qurumlarla bağlı 143 milyonluq mənimsəmə

Müdafiə Nazirliyinin tabeliyindəki qurumlarla bağlı 143 milyonluq mənimsəmə

by admin
23 Sentyabr 2023 - 00:05
0

Yayımlandı: 23 Sentyabr 2023 00:05 Son dəyişiklik: 23 Sentyabr 2023 01:34 Təqsirləndirilənlər rəqəmlərin şişirdildiyini deyirlər Müdafiə Nazirliyinin Maliyyə və Büdcə...

Next Post
Ağdam-Xankəndi yolunda aksiya keçirən ermənilər humanitar yardımı buraxmayacaqlarını deyiblər

Ağdam-Xankəndi yolunda aksiya keçirən ermənilər humanitar yardımı buraxmayacaqlarını deyiblər

İlham Əliyev yeni rektor təyin etdi

İlham Əliyev yeni rektor təyin etdi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Trending News

saytların yığılması, SEO, sayt, veb

Saytların Yığılması və 2D Dizayn Xidmətləri: Emblem.az

29 Sentyabr 2023 - 00:41
Bir günlük hərbi əməliyyatda itkilərin sayı 200 nəfəri keçdi

Bir günlük hərbi əməliyyatda itkilərin sayı 200 nəfəri keçdi

25 Sentyabr 2023 - 22:02
Abşeron Rayon Mərkəzi Xəstəxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubleyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Abşeron Rayon Mərkəzi Xəstəxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubleyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

06 May 2023 - 13:37
Saytların yığılması Saytların yığılması Saytların yığılması

About

The best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc.

Categories

  • Avto
  • Bölgə
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Manşet
  • Media
  • Mədəniyyət
  • Reportaj
  • Sağlıq
  • Siyasət
  • Sosial
  • Texnologiya
  • Xəbərlər

Tags

ABŞ Azadlığını azerbaycanda son xeberler Azərbaycan Azərbaycanda Azərbaycanın bu günün xəbərləri butun xeberler edir en son idman xeberleri en son sou biznes xeberleri en son xeberler Ermənistan gündə həbs idarə ifadə insan hüquqları Laçın Müsahibələr onun pilotsuz Qanunu Qarabağ Qubad İbadoğlu Region resmi xeberler shou biznes xeberleri Siyasət son xabarlar son xeber sonxeber son xeber az son xeberler sou biznes xeberleri sou xeberler susdurub Söz uçan və xeberler xeberler bu gun xeberler yeni Xəbərlər İran

Recent Posts

  • Ağalı kəndində ağacəkmə aksiyası keçirilib
  • “MDB ölkələrinə güclü ordular lazımdır”
  • Purchase Now
  • Features
  • Demos
  • Support

© 2021 JNews – Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result
  • Home

© 2021 JNews – Premium WordPress news & magazine theme by Jegtheme.