Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairə yola düşüb.
“Son-Xeberler” Anadolu Agentliyinə istinadən xəbər verir ki, səfər Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə baş tutub.
Ölkə prezidentləri görüş çərçivəsində ikitərəfli və regional məsələləri, eləcə də İsrail-Fələstin qarşıdurmasını müzakirə edəcəklər.