Son Xeberler: Azərbaycandan Ən Son Xəbərlər
  • Son Xəbərlər
  • Siyasət
  • Gündəm
  • Dünya
  • Media
  • Cəmiyyət
  • Texnologiya
  • Sosial
  • İqtisadiyyat
  • Sağlıq
  • Avto
  • İdman
No Result
View All Result
Son Xeberler: Azərbaycandan Ən Son Xəbərlər
  • Son Xəbərlər
  • Siyasət
  • Gündəm
  • Dünya
  • Media
  • Cəmiyyət
  • Texnologiya
  • Sosial
  • İqtisadiyyat
  • Sağlıq
  • Avto
  • İdman
No Result
View All Result
Son Xeberler: Azərbaycandan Ən Son Xəbərlər
No Result
View All Result
Home Siyasət

DTX: Ermənistanın terrorçuluqda təqsirləndirlən daha bir vətəndaşı həbs edilib

29 Sentyabr 2023 - 17:20
in Siyasət
DTX: Ermənistanın terrorçuluqda təqsirləndirlən daha bir vətəndaşı həbs edilib
Share on FacebookShare on Twitter

Yayımlandı: 29 Sentyabr 2023 17:20

Davit Manukyan barəsində həbs qətimkan tədbirinin seçildiyi bildirilir

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ermənistan vətəndaşı Davit Manukyanı həbs edib.

DTX onu Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs etdiyini bildirib.

Qurumun yaydığı rəsmi məlumatda bildirilir ki, sübutlar əsasında Ermənistan vətəndaşı, 1971-ci il təvəllüdlü Davit Manukyan tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar terrorçuluq), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama və daşıma), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 318.1-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələrində ehtiva olunan cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

“İttihama əsasən, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatda erməni silahlı qüvvələrinin Azərbaycanın ərazisindən çıxarılmasının nəzərdə tutulmasına baxmayaraq, Ermənistanın silahlı qüvvələrinin hərbi qulluqçusu, general-mayor ali hərbi rütbəsində xidmət edən Davit Manukyan ötən müddət ərzində Azərbaycanın Qarabağ ərazisində cinayət əməllərini davam etdirərək qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının birinci müavini” adı altında qanunsuz mütəşəkkil silahlı birləşmələrin fəaliyyətinin təşkilində və idarə edilməsində, silah-sursat, partlayıcı maddə və qurğularla təchiz edilməsində iştirak edib”, – deyə məlumatda qeyd olunur.

Foto: DTX

DTX Davit Manukyanun sentyabrın 27-də saxlanılaraq təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edildiyini, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildiyini qeyd edib.

Sentyabrın 27-də separatçı “Dağlıq Qarabağ”ın keçmiş “dövlət naziri” Ruben Vardanyan həbs olunub.

Bir gün sonra separatçı “Dağlıq Qarabağ Respublikası”nın keçmiş “xarici işlər naziri” David Babayan Azərbaycan hökumətinə təslim olduğunu açıqlayıb.

Bu gün isə Ermənistan mediası “sabiq müdafiə naziri” Levon Mnatsakanyanın və “keçmiş baş prokuror” Arşavir Qaramyanın Laçın keçid məntəqəsində saxlanıldığı haqda məlumat yayıb.

Levon Mnatsakanyan 1992-1994-cü illərdə separatçı rejimin silahlı birləşmənin motoatıcı bölüyü komandirinin müavini, hərbi hissənin artilleriya diviziyasının komandiri, artilleriya rəisi və artilleriya briqadasının komandiri vəzifələrini tutaraq döyüşlərdə iştirak edib.

Ona 2003-cü ildə general-mayor hərbi rütbəsi verilib.

Ermənistan mediası iddia edir ki, Levon Mnatsakanyanla yanaşı, digər hərbçilər də saxlanılıb, amma onların adları dəqiqləşdirilməyib.

Meydan.tv

You Might Also Like

Elçin Sadıqov: “Əvəz Zeynallı bu günə qədər pulumu ödəməyib”

Məzahir Pənahov: “İşğaldan azad olunan ərazilərdə 20 min seçici səs verəcək”

Avropa Şurasının Baş katibi İlham Əliyevlə görüşdü

Saytların yığılması Saytların yığılması Saytların yığılması
Previous Post

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Next Post

Koronavirusdan sağalmağı sürətləndirən QİDALAR

Related News

Elçin Sadıqov: “Əvəz Zeynallı bu günə qədər pulumu ödəməyib”

Elçin Sadıqov: “Əvəz Zeynallı bu günə qədər pulumu ödəməyib”

by admin
08 Dekabr 2023 - 20:56
0

“Deyirdi ki, Ramiz Mehdiyevi “mənəvi atası” adlandırır, ona görə oğlunun adını Ramiz qoyub” “Xural TV”nin həbsdə olan rəhbəri Əvəz Zeynallının...

Məzahir Pənahov: "İşğaldan azad olunan ərazilərdə 20 min seçici səs verəcək"

Məzahir Pənahov: “İşğaldan azad olunan ərazilərdə 20 min seçici səs verəcək”

by admin
08 Dekabr 2023 - 17:09
0

Yayımlandı: 8 Dekabr 2023 17:09 MSK sədri bu insanların azad edilmiş ərazilərdə ilk dəfə səs verəcəklərini deyib Azərbaycanın işğaldan azad...

Avropa Şurasının Baş katibi İlham Əliyevlə görüşdü

Avropa Şurasının Baş katibi İlham Əliyevlə görüşdü

by admin
08 Dekabr 2023 - 16:20
0

Yayımlandı: 8 Dekabr 2023 16:20 Mariya Peyçinoviç Buriçin sülhü və islahatları təqdir etdiyi deyilir Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 8-də...

Bakıda səfirliklərin birgə tədbiri: "ABŞ insan hüquqlarını qorumaq üçün məsuliyyət daşıyır"

Bakıda səfirliklərin birgə tədbiri: “ABŞ insan hüquqlarını qorumaq üçün məsuliyyət daşıyır”

by admin
08 Dekabr 2023 - 14:41
0

Mixalko çağırış edib, Britaniya dialoqu davam etdirdiyini deyib Dekabrın 7-də Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci ildönümü münasibəti ilə Bakıda da...

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Son Xəbərlər

https://report.az/maliyye-xeberleri/beynelxalq-emtee-fond-ve-valyuta-bazarlarinin-gostericileri-09-12-2023/

https://report.az/maliyye-xeberleri/beynelxalq-emtee-fond-ve-valyuta-bazarlarinin-gostericileri-09-12-2023/

09 Dekabr 2023 - 09:02
Piylənmədən qoruyan gen aşkar edildi

Piylənmədən qoruyan gen aşkar edildi

09 Dekabr 2023 - 07:53
meksikada-silahli-insidentde-11-nefer-helak-oldu

Meksikada silahlı insidentdə 11 nəfər həlak oldu – Yaralılar var

09 Dekabr 2023 - 07:50
dunya-gundemini-zebt-eden-dehsetli

Dünya gündəmini zəbt edən dəhşətli – Görüntülər

09 Dekabr 2023 - 06:32
Qışda Tesla-nın yüksək doldurulması: Əvvəlcədən şərtləndirilmiş Vs.  Soyuq Batareya Testi

Qışda Tesla-nın yüksək doldurulması: Əvvəlcədən şərtləndirilmiş Vs. Soyuq Batareya Testi

09 Dekabr 2023 - 05:39
8-ci-kilometr-bazarinda-bu-mehsullarinin-satisi-qadagan-edildi

8-ci kilometr bazarında bu məhsullarının satışı qadağan edildi – Video

09 Dekabr 2023 - 05:32
2023 Nissan Ariya İcarə Qiymətləri Ayda 199 dollara qədər Düşür

2023 Nissan Ariya İcarə Qiymətləri Ayda 199 dollara qədər Düşür

09 Dekabr 2023 - 04:36
Bu köhnə Honda Odyssey əslində altında 1020 at gücündə Tesla Model S plaididir.

Bu köhnə Honda Odyssey əslində altında 1020 at gücündə Tesla Model S plaididir.

09 Dekabr 2023 - 03:25
bakida-surucu-sernisinleri-avtobusda-qoyub-taksi-ile-getdi

Bakıda sürücü sərnişinləri avtobusda qoyub taksi ilə getdi – Video

09 Dekabr 2023 - 02:55
Porsche 53 Kayman və Boksçunu geri çağırır, çünki onların spoylerləri çox uzadılır

Porsche 53 Kayman və Boksçunu geri çağırır, çünki onların spoylerləri çox uzadılır

09 Dekabr 2023 - 02:09
Saytların yığılması Saytların yığılması Saytların yığılması

© 2023 Son Xeberler – Veb Saytların Yığılması Emblem.az.

No Result
View All Result
  • Son Xəbərlər
  • Siyasət
  • Gündəm
  • Dünya
  • Media
  • Cəmiyyət
  • Texnologiya
  • Sosial
  • İqtisadiyyat
  • Sağlıq
  • Avto
  • İdman

© 2023 Son Xeberler – Veb Saytların Yığılması Emblem.az.