Azərbaycan və “Baltech Enerji” şirkəti arasında Qarabağ və Naxçıvanda elektrik stansiyalarının inşası üzrə əməkdaşlıq müzakirə edilib.
“Son-xeberler” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, “Baltech Enerji”nin İdarə Heyətinin sədri Bülent Karani ilə Qarabağda 100 MVt-lıq külək elektrik stansiyasının və Naxçıvanda 50 MVt gücündə günəş elektrik stansiyasının inşası üzrə əməkdaşlıq təklifi dəyərləndirilib.