Nəriman Cəlalın Azadlığa Çıxması: Azərbaycan İcmasının Dəstəyi və Krımın Azadlıq Mübarizəsi

Nəriman Cəlalın Azadlığa Çıxması: Azərbaycan İcmasının Dəstəyi və Krımın Azadlıq Mübarizəsi

Manşet

Nəriman Cəlalın Azadlığa Çıxması: Azərbaycan İcmasının Dəstəyi və Krımın Azadlıq Mübarizəsi

Bu gün Ukraynada yaşayan Azərbaycan icmasının fəalları olaraq, Krım tatarlarının nümayəndəsi, qardaşımız Nəriman Cəlalın azadlığa çıxmasını sevinclə qarşılayırıq.

Nəriman bəy bir müddət Rusiya əsirliyində saxlanılırdı, lakin son mübadilə nəticəsində Ukraynaya qayıda bildi. O, Krımın azadlığı uğrunda mübarizədə öz azadlığını və canını qurban vermiş bir ziyalı və tatar aydınıdır. Məhz onun bu mübariz ruhuna görə, onu şəxsən tanımayan yüzlərlə insan da müdafiəsinə qoşuldu. Nəriman bəy həmçinin Krım Tatar Məclisinin sədr müavinidir. Biz Azərbaycan icması olaraq, bütün məclis üzvlərinə və Krımlı vətənpərvərlərə gözaydınlığı veririk. Ukraynada yaşayan köklü xalqlardan biri olaraq, tezliklə tarixi vətənlərinin azadlığına nail olmalarını arzulayırıq. Təbii ki, bütün ukraynalı əsirlərin geri qaytarılması və torpaqların işğaldan azad edilməsi uğrunda mübarizə davam edir. Ukraynada yaşayan azərbaycanlılar olaraq, tatar qardaşlarımızla birlikdə yolumuz və liderimiz eynidir.

 

Saytların yığılmasıSaytlarin yigilmasi

Saytların yığılmasıSaytlarin yigilmasi