Avropa İttifaqı ölkələri təşkilata üzv ölkələrdə akkreditə olunmuş rusiyalı diplomatların Şengen zonası daxilində hərəkət azadlığının məhdudlaşdırılması imkanını müzakirə edir.
“Son-Xeberler” xəbər verir ki, bu barədə məlumatı “Financial Times” yayıb.
Məlumata görə, sözügedən təklifin müzakirəsinə dair təşəbbüsü Çexiya irəli sürüb. Bildirilir ki, burada məqsəd casusluqla mübarizədir.