Azərbaycan və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında “yaşıl enerji”nin istehsalı və ixracı ilə bağlı məsələlər müzakirə edilib.
“Son-xeberler” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Naxçıvanda “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Mohammad Abunayyan ilə “Xızı-Abşeron” külək elektrik stansiyasının tikintisi layihəsinin icrası, “yaşıl enerji”nin istehsalı və ixracı ilə bağlı məsələləri müzakirə etdik”, – P.Şahbazov qeyd edib.