Baş xəbər

“Dünyada hər iki kişidən biri sonsuzdur”

Dünyada hər altı nəfərdən biri sonsuzdur. Bu göstərici dünya əhalisinin 17,6%-ni təşkil edir və kişi amilinin payı təxminən 50%-dir.

Bu barədə “Sechenov University”nin Urologiya və İnsan Reproduktiv Sağlamlığı İnstitutunun uroloqu, androloqu Dmitri Korolyov bildirib.

Elchi.az bildirir ki, həkim kişi sonsuzluğunun əsas səbəbləri kimi genetik anomaliyaları, varikoseli, piylənməni, həmçinin hipertoniya və diabet kimi xəstəlikləri göstərib.

Bundan əlavə, piylənmə kişilərdə testosteron səviyyəsinin azalmasına və estrogen səviyyəsinin artmasına səbəb olur. Həmçinin hipertoniya və diabet kimi xroniki xəstəliklər də spermatogenezi poza bilər.

Klinik halların təxminən 45 faizində isə konkret səbəb müəyyən edilmir. Xəstələrdə sperma sayının və ya konsentrasiyasının azalması kimi qeyri-müəyyən patospermiya müşahidə olunduqda, bu tip sonsuzluq idiopatik adlandırılır.

Korolyov qeyd edib ki, varikosel ilə əlaqəli sonsuzluq bəzi hallarda cərrahi yolla müalicə oluna bilər. Əgər səbəb hormonal disbalans və ya kişi klimaksi (andropauza) ilə bağlıdırsa, testosteron səviyyəsini artırmaq üçün müxtəlif üsullar tətbiq edilir. Bu, ya orqanizmin öz (endogen) testosteronunun stimullaşdırılması, ya da sintetik testosteron preparatlarının istifadəsi ilə həyata keçirilə bilər.

Məlumata görə, məsələ ilə bağlı Rusiya Dövlət Duması da narahatlıq ifadə edib. Deputatlar səhiyyə naziri Mixail Muraşkoya müraciət edərək onkoloji xəstələrin reproduktiv hüceyrələrinin qorunması (kriokonservasiya) barədə məlumatlandırmanın gücləndirilməsini təklif ediblər.

Bunlar da hoşunuza gidebilir...

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir