Son Xeberler: Azərbaycandan Ən Son Xəbərlər
  • Home
No Result
View All Result
Son Xeberler: Azərbaycandan Ən Son Xəbərlər
  • Home
No Result
View All Result
Son Xeberler: Azərbaycandan Ən Son Xəbərlər
No Result
View All Result
Home Mədəniyyət

Əli İsa Cabbarov: “Sədrin kim olacağını müzakirə etmək hələ tezdir”      

admin by admin
26 İyul 2023 - 12:44
in Mədəniyyət
0
Əli İsa Cabbarov: “Sədrin kim olacağını müzakirə etmək hələ tezdir”      
319
SHARES
2.5k
VIEWS
Share on FacebookShare on Twitter

Yayımlandı: 26 İyul 2023 12:44

 

Kino ittifaqları birləşir

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) İdarə Heyəti Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə (ARKİ) vahid ad altında birləşmək məqsədli bəyanat yayıb.

Bəyanatda deyilir ki, eyni adda iki qurumun fəaliyyət göstərməsi kinematoqrafçılar arasında həmrəyliyə, ümumilikdə Azərbaycan kinosunun inkişafına ciddi mane olur:

“Kinomuzda uğurla islahatların aparılması üçün iki qohum təşkilatın birliyi mütləqdir. Biz Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) üzvlərinə müraciət edib, birləşmək istiqamətində birgə fəaliyyətə çağırırıq. Bu birlik təşkilatlar arasında ədalətlilik prinsipi əsasında olmalıdır”.

“1963-cü ildən fəaliyyət göstərən Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ), həm də 2012-ci ildə yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) fəaliyyətinin təməl prinsipi həmrəyliyə xidmət etməkdir. Məhz buna görə də ARKI-nin sədri təsisçiləri və AKİ-nin idarə heyəti birgə verdiyimiz bu bəyanatla bildirmək istəyirik ki, Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illiyik yubileyi ərəfəsində vahid, yeni idarəetmə formasında birləşmək qərarına gəldik. Bu təşəbbüs hər iki ittifaqın ümumi rəyini ehtiva edir və kollegial qəbul edimiş qərardır”, – ARKİ-nin bəyanatında deyilir.

ARKİ-dən Meydan TV-yə bildirilib ki, hazırda iclas keçirilir, AKİ-nin bəyanatına cavab olacaq.
AKİ-nin katibi Əli İsa Cabbarov Meydan TV-yə bildirib ki, hər iki ittifaqın rəhbərliyi birləşmək üçün təşəbbüs qaldırıb. Birləşdikdən sonra kinoittifaqa kimin rəhbərlik edəcəyinə gəlincə, Əli İsa Cabbarov deyir ki, bu haqda danışmaq hələ tezdir:

“Birləşmək hər iki təşkilatın birgə təşəbbüsüdür. Quruma kimin rəhbərlik edəcəyi, hələ ki, bu günün müzakirə olunacaq məsələsi deyil. Niyyətimiz birlikdir. Bu, bir günün yaxud da bir həftənin işi deyil. Hər iki təşkilatın maliyyə və hüquqi öhdəlikləri var. Bu məsələlər tam həll edildikdən sonra sədr ilk yaranacaq təşkilatın təsis qurultayında ümumi iclasda seçiləcək”.

Foto: sosial şəbəkə

2022-ci il dekabrın 17-də ARKİ məlumat yaydı ki, İttifaqın nizamnaməsinə uyğun olaraq Şəfiqə Məmmədova iclas iştirakçılarının yekdil razılığına əsasən, yenidən İdarə Heyətinin sədri seçilib.

2022-ci ilin dekabrın 22-də isə Xalq artisti, rejissor Şeyx Əbdül Mahmudovbəyov üzvü olduğu ARKİ-nin sədri Şəfiqə Məmmədovanı saxta seçkilərdə ittiham etdi.
O bildirdi ki, Şəfiqə Məmmədova ARKİ-nin bir neçə üzvü ilə iclas keçirərək, özünü yenidən qurumun sədri seçib.
Şeyx Əbdül Mahmudovbəyov dəfələrlə hər iki Kino İttifaqın birləşdirilməsini təklif etsə də, buna müsbət reaksiya gəlmədi.

Şəfiqə Məmmədova və Şeyx Əbdül Mahmudovbəyov.
Foto: “azerforum.az”

Digər İttifaqın – AKİ-nin sədri, Xalq artisti Rasim Balayev baş verənlərə münasibət bildirərkən dedi ki, bütün ölkələrdə kino ittifaqı birdir.

“Bir ölkədə iki kino ittifaqını yaradanlar, bu şəraiti yaradan adamlar düşünməlidir. Düşünməlidirlər ki, bundan sonra necə olacaq?”, – AKİ sədri əlavə etmişdi.

Bunun ardınca, 2023-cü ilin yanvarında isə bir qrup kino xadiminin ARKİ üzvlüyündən imtina etdiyi məlum oldu.

Ümumilikdə iyirmiyə yaxın incəsənət nümayəndəsi seçkilərin saxtalaşdırılmasına görə qurumu tərk etdiyini açıqladı.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) 2012-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) alternativ olaraq yaradılıb. Həmin ildən İttifaqa Xalq artisti, aktrisa Şəfiqə Məmmədova rəhbərlik edir.

Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) 1981-ci ildən Rüstəm İbrahimbəyov rəhbərlik edirdi.

Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov
Foto: Meydan TV

2012-ci ildə Rüstəm İbrahimbəyovun siyasi baxışlarına görə İttifaq Hökumət Evindəki ofisindən çıxarılıb.

Müxalif siyasi qüvvələrin birləşdiyi Milli Şura 2013-cü ilin prezident seçkisində Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürəndən sonra AKİ-də ciddi problemlər yaranıb.
Rüstəm İbrahimbəyov Moskvaya gedəndən sonra İttifaqın fəaliyyəti dayanıb.
Bir neçə ildən sonra İttifaq yenidən fəaliyyətini bərpa edib.

Ölkədə iki kino ittifaqının fəaliyyət göstərməsi kino adamları arasında ciddi problemlər, söz-söhbətə, ayrı-seçkiliyə səbəb olub.
Vaxtilə Azərbaycan Kinematoqrafçılar İttifaqında birləşmiş rejissorlar, kino adamları iki ayrı cəbhədədirlər.

2022-ci ilin martında Rüstəm İbrahimbəyov vəfat edib.
Ardınca AKİ-də qurultay keçirilərək, sədr postuna Xalq artisti, aktyor Rasim Balayev gətirilib.

Meydan.tv

You Might Also Like

Ukrayna hökuməti mədəniyyətə ayrılacaq pulları kəsir

Hesablama Palatası indi də kinostudiyada yoxlama aparır

Ukrayna rəsmisi rejissoru saxta humanizmdə ittiham etdi

Saytların yığılması Saytların yığılması Saytların yığılması
Previous Post

Əlcəzair, İtaliya və Yunanıstanda meşə yanğınları başlayıb, həlak olanlar var

Next Post

Vüqar Bayramov Qubad İbadoğlunun həbsi ilə bağlı araşdırmaların obyektiv aparılacağına inandığını deyir

admin

admin

Related News

Ukrayna hökuməti mədəniyyətə ayrılacaq pulları kəsir

Ukrayna hökuməti mədəniyyətə ayrılacaq pulları kəsir

by admin
12 Sentyabr 2023 - 15:46
0

Yayımlandı: 12 Sentyabr 2023 15:46 Büdcə 2023-cü illə müqayisədə 160 milyon qriven az olacaq Ukrayna hökuməti mədəniyyət sahəsinə 2024-cü il...

Hesablama Palatası indi də kinostudiyada yoxlama aparır

Hesablama Palatası indi də kinostudiyada yoxlama aparır

by admin
11 Sentyabr 2023 - 16:11
0

Yayımlandı: 11 Sentyabr 2023 16:11 Kinotənqidçi: “Yoxlamaların keçirilməsi müsbət haldır” Hesablama Palatasının Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yoxlama apardığı bildirilir....

Ukrayna rəsmisi rejissoru saxta humanizmdə ittiham etdi

Ukrayna rəsmisi rejissoru saxta humanizmdə ittiham etdi

by admin
24 Avqust 2023 - 12:41
0

Yayımlandı: 24 Avqust 2023 12:41 “Bu, aktyorların ölüm-dirim savaşı oynadıqları kino deyil” Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy...

Toto Kutunyo “Santi Nereo e Achilleo” kilsəsində dəfn olunacaq

Toto Kutunyo “Santi Nereo e Achilleo” kilsəsində dəfn olunacaq

by admin
23 Avqust 2023 - 13:06
0

Yayımlandı: 23 Avqust 2023 13:06 Müğənni 18 il xərçənglə mübarizə aparıb Uzun sürən ağır xəstəlikdən həyatını itirən italyan müğənni Toto...

Next Post
Vüqar Bayramov Qubad İbadoğlunun həbsi ilə bağlı araşdırmaların obyektiv aparılacağına inandığını deyir

Vüqar Bayramov Qubad İbadoğlunun həbsi ilə bağlı araşdırmaların obyektiv aparılacağına inandığını deyir

Qoca Səmədov azadlığa buraxılıb – MEYDAN.TV

Qoca Səmədov azadlığa buraxılıb - MEYDAN.TV

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Trending News

saytların yığılması, SEO, sayt, veb

Saytların Yığılması və 2D Dizayn Xidmətləri: Emblem.az

29 Sentyabr 2023 - 00:41
Bir günlük hərbi əməliyyatda itkilərin sayı 200 nəfəri keçdi

Bir günlük hərbi əməliyyatda itkilərin sayı 200 nəfəri keçdi

25 Sentyabr 2023 - 22:02
Abşeron Rayon Mərkəzi Xəstəxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubleyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Abşeron Rayon Mərkəzi Xəstəxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubleyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

06 May 2023 - 13:37
Saytların yığılması Saytların yığılması Saytların yığılması

About

The best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc.

Categories

  • Avto
  • Bölgə
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Manşet
  • Media
  • Mədəniyyət
  • Reportaj
  • Sağlıq
  • Siyasət
  • Sosial
  • Texnologiya
  • Xəbərlər

Tags

ABŞ Azadlığını azerbaycanda son xeberler Azərbaycan Azərbaycanda Azərbaycanın bu günün xəbərləri butun xeberler edir en son idman xeberleri en son sou biznes xeberleri en son xeberler Ermənistan gündə həbs idarə ifadə insan hüquqları Laçın Müsahibələr onun pilotsuz Qanunu Qarabağ Qubad İbadoğlu Region resmi xeberler shou biznes xeberleri Siyasət son xabarlar son xeber sonxeber son xeber az son xeberler sou biznes xeberleri sou xeberler susdurub Söz uçan və xeberler xeberler bu gun xeberler yeni Xəbərlər İran

Recent Posts

  • BPK Rusiya ilə bağlı qərarını verdi
  • Bu məşhur vitamin sizi xərçəngdən xilas edə bilər
  • Purchase Now
  • Features
  • Demos
  • Support

© 2021 JNews – Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result
  • Home

© 2021 JNews – Premium WordPress news & magazine theme by Jegtheme.